Türk şirkəti Azərbaycanın hərbi aerodromun modernizasiya edəcək

Türkiyənin Koza Savunma və İnşaat şirkəti Azərbaycanın Sitalçay hərbi aerodromunda modernləşmə işləri aparacaq. Bu barədə “AzeriDefence.com” saytı Türkiyədəki mənbələrinə istinadən məlumat verib.

Hərbi aerodromun uçuş-eniş zolaqları, həmçinin anqarları, komanda-idarəetmə məntəqəsi müasir tələblər səviyyəsində qurulacaq.

Aerodromun uçuş idarəetmə sisteminin HAVELSAN şirkəti tərəfindən təmin edilməsi gözlənilir.

Qeyd edək ki, Koza Savunma və İnşaat şirkəti indiyədək Azərbaycanda bir sıra mühüm layihələr həyata keçirib.

KATEQORIYA:
Bu xəbəri paylaş