“Türk ulduzları” “Ordu-2017” forumunda nümunəvi pilotaj nümayiş etdiriblər – FOTO

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” pilotaj qrupu Moskva yaxınlığındakı “Kubinka” aviasiya poliqonunda “F-5 Fighter” təyyarələri ilə uçuşlar həyata keçirib.

“AzeriDefence” xəbər verir ki, “Ordu-2017” beynəlxalq hərbi-texniki forumu çərçivəsində həyata keçirilən uçuşlarda “Türk ulduzları” rəngli tüstüylə nümunəvi manevrlər ediblər.

Qeyd edək ki, “Türk ulduzları” 1992-ci ildə yaradılıb. Qrupun pilotları 8 ədəd “F-5 Fighter” təyyarəsi istifadə edirlər. Esra Özatay adında məşhur təyyarəçi “Türk ulduzları”nın komandiridir – türk aviasiyasının tarixində ilk qadın-komandir.

Xatırladaq ki, “Türk ulduzları” 2001-ci il avqustun 24-də Bakı səması üzərində nümunəvi uçuşlar həyata keçiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş