“Türk Yıldızları” və “Solo Türk”ün Azərbaycana gəlişi təxirə salınıb

Türkiyə Hava Qüvvələrinin “Türk Yıldızları” akrobatik uçuş qrupunun və “Solo Türk” təyyarəsinin Azərbaycana səfəri təxirə salınıb.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Hərbi Hava Qüvvələrindən məlumat verilib.

Səfərin təxirə salınması Türkiyədə terrorla mübarizə və son günlər əsgərlərin şəhid olması ilə bağlı yaşanan olaylardır.

Qeyd edək ki, “Türk Yıldızları” və “Solo Türk”ün səfəri sentyabrın 13-nə planlaşdırılmışdı.

Xatərladaq ki, “Türk Yıldızları” aktobatik uçuş qrupu 2001-ci ildə Azərbaycanda olub. Onların Bakı şəhərindəki uçuşları eyni anda 1 milyondan çox izləyici ilə dünya rekordu sayılır.

KATEQORIYA:
Bu xəbəri paylaş