Türkdilli ölkələrin yaratdığı hərbi təşkilat 2018-ci ildə fəaliyyətə başlayacaq

Türkdilli ölkələrin yaratdığı Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı 2018-ci ildə rəsmi olaraq fəaliyyətə başlayacaq.

“AzeriDefence”nin Türkiyənin “Milliyet” nəşrinə istinadən verdiyi xəbərə görə, TAKM adı verilən Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının ilk üzvləri Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan olacaq.

2013-cü il yanvarın 25-də Bakıda təsis olunmuş təşkilatın emblemində üz ölkələrin önəm verdiyi at simvolu və üz ölkələrin sayını göstərən 4 ədəd ulduz əksini tapıb. TAKM adı təşkilatın təsisçiləri olan Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən formalaşdırılıb.

Hazırda təşkilata sədrlik və daimi katibliyi həyata keçirən Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığı vurğulayıb ki, TAKM Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə təsis olunub. Heç bir dövlətə və təşkilata qarşı yaradılmayıb. TAKM dünyada sülhün təmin edilməsi üçün çalışacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş