Türkiyə 25 mm-lik top istehsal edəcək

Türkiyə 25 mm-lik top istehsal edəcək

Türkiyə milli imkanlar hesabına zirehli maşınlar üçün 25 mm-lik top istehsal etməyi planlaşdırır.

Azeri Defence saytının məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün sosial media heabında bildirib.

SSB ilə yerli “TR Mekatronik Sistemler” şirkəti arasında 25 mm-lik topun hazırlanması ilə bağlı müqavilə müzakirələrinə başlanılıb.

Qeyd edək ki, “TR Mekatronik Sistemler” şirkəti TUSAŞ və “Sarsılmaz” şirkətlərinin ortaqlığı ilə qurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş