Türkiyə Albaniya Ordusuna MPT avtomatları tədarük edib

Türkiyə Albaniya Ordusuna MPT avtomatları tədarük edib

Türkiyə Albaniyaya Modern Piyada Tüfəngi (MPT) və Hərbi Dəniz Qüvvələrinin personalı üçün uniforma tədarük edib.

Bu barədə “Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

MPT avtomatları və HDQ personalı üçün uniforma Türkiyə ilə Albaniya arasında imzalanan qrant müqaviləsi çərçivəsində bu ölkəyə hədiyyə edilib.

Bildirilib ki, Türkiyə mütəəssisləri tərəfindən yerli və milli imkanlarla istehsal olunan və NATO-nun 42 sınağından müvəffəqiyyətlə keçən MPT avtomatları və uniformalar Tiranada Albaniya Ordusuna təhvil verilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş