Türkiyə “Altay” tankının seriyalı istehsalına başlayır

Türkiyə “Altay” tankının seriyalı istehsalına başlayır

Türkiyə “Altay” əsas döyüş tankının seriyalı istehsalına başlayır.

“AzeriDefence” xəbər veriri ki, bunu Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir M5 jurnalına müsahibəsində deyib.

İlkin mərhələdə əldə olan mühərriklərlə 5 və ya 6 “Altay” əsas döyüş tankının istehsalı həyata keçiriləcək. Sonrakı mərhələdə bu proses xaricdən alınan mühərrklərlə davam etdiriləcək.

2021-ci ilin sonuna qədər “Altay” əsas döyüş tankının ilk partiyasının Türkiyə Quru Qoşunlarının silahlanmasına verilməsi planlaşdırılır.

Qeyd edək ki, BMC şirkəti tərəfindən Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının qarşılnması məqsədilə ümumilikdə 250 ədəd “Altay” tankının seriyalı istehsalı nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş