Türkiyə “Anka”nın SATCOM sistemini milliləşdirdi

Türkiyə “Anka”nın SATCOM sistemini milliləşdirdi

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Anka” pilotsuz uçuş aparatının SATCOM sistemi milliləşdirilir.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “C Tech Bilişim” şirkəti sosial media hesabında məlumat yayıb.

TUSAŞ-ın iştirakı ilə “C Tech Bilişim” şirkəti tərəfindən istehsal edilən SATCOM (peyk rabitəsi) sisteminin “Anka” pilotsuz uçuş aparatının üzərində sınaqları tamamlanıb.

““Anka-S” pilotsuz uçuş aparatı üzərində testlərini tamamlayan, kəsintisiz peyk izləmə xüsusiyyəti və hərbi standartlara uyğun dizaynı ilə yerli və xarici analoqlarına görə daha çox üstün performans sərgiləyən milli peyk rabitə sistemi minlərlə kilometr məsafədən rabitəni təmin edir”, – deyə şirkət bildirib.

Qeyd edək ki, TUSAŞ “C Tech Bilişim” şirkətinin səhmdarıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş