Türkiyə Avropa ölkəsinə tank daşıyıcı maşın ixrac edəcək

Türkiyə Avropa ölkəsinə tank daşıyıcı maşın ixrac edəcək

Türkiyənin BMC şirkəti ilə Şimali Makedoniya Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

Bu barəsə “AzeriDefence”ə BMC şirkətindən məlumat verilib.

Müqavilə əsasında BMC Şimali Makedoniya Silahlı Qüvvələrinə açıqlanmayan sayda BMC tank daşıyıcı maşın ixrac edəcək.

Qeyd edək ki, 8×8 təkər formuluna malik BMC tank daşıyıcı maşının çəkisi 120 ton təşkil edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinə 72 ədəd BMC tank daşıyıcı maşın tədarük edilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş