Türkiyə Barolar Birliyi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”

Türkiyə Barolar Birliyi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”

Türkiyənin Barolar Birliyi Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) müraciət ünvanlayıb.

Türkiyənin Barolar Birliyindən “Azeri Defence” saytına verilən məlumata görə, müraciətdə Ermənistanın Vəkillər Palatası tərəfindən Azərbaycan və Türkiyənin heç bir dəlilə əsaslanmayan və qondarma iddialarla ittiham olunduğu bildirilib.

“Bütün hüquqi peşəkar təşkilatlar, o cümlədən Ermənistan Vəkillər Palatası da həqiqəti bildiriməli, Ermənistanın haqsız işğalını və mülki şəxslərə qarşı silah tədbiq etməsini qınamalıdır. Lakin bunun əvəzinə Ermənistan Vəkillər Palatası radikal bir siyasi partiya olduğunu nümayiş etdirib.

Türkiyə Barolar Birliyi olaraq bəyan edirik ki, Ermənistan beynəlxalq hüququ kobud şəkildə və israrla pozur. Ermənistan Qarabağdan, təmas xəttindən xeyli kənarda Azərbaycanın mülki yaşayış məntəqələrini hədəf alır. Bu hücumlar nəticəsində aralarında qadınlar, yaşlılar və uşaqlar olmaqla bir çox günahsız Azərbaycan vətəndaşı həlak olub”, – deyə müraciətdə qeyd olunub.

Hər zaman haqqın və hüququn tərəfində olduqlarını bildirən Türkiyə Barolar Birliyi bəyan edib ki, Azərbaycanın qəbuledilməz erməni təcavüzünə qarşı, vətəndaşlarının can və mal təhlükəsizliyini müdafiə etməsi qanuna uyğundur:

“Bu həqiqəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq və bildiririk ki, Ermənistan işğalçıdır. Problemin yeganə səbəbi Ermənistandır. Bizim fikrimizcə, Qafqazda sülhün bərqərar olması, Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş