Türkiyə betondələn bombaların tədarükünü davam etdirir

Türkiyə betondələn bombaların tədarükünü davam etdirir

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən yaradılmış və MKE şirkəti tərəfindən istehsal olunan Nüfuz Edici Bombaların (NEB) tədarükü davam edir.

“AzeriDefence” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənaye Komitəsi (SSB) məlumat yayaıb.

MKE tərəfindən seriyalı istehsalı davam edən NEB bombaları möhkəmləndirilmiş uzun müddətli atəş nəqtələrinin, dəmir-beton konstruksiyalı sığınacaqların, körpülərin və bu kimi digər obyektlərin vurulması üçün nəzərdə tutulur.

NEB bombalarının uzunluğu 2600 mm, çəkisi 870 kiloqramdır. Bomba 2.1-3 metr qalınlığında ən yüksək markada (35MPa bərkidilmiş) betondan olan sığınacaqları dəlmə qabiliyyətinə sahibdir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı hava əməliyyatlarında NEB bombalarından geniş istifadə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş