Türkiyə Cənubi Koreyaya helikopter gövdəsi ixrac edir

Türkiyə Cənubi Koreyaya helikopter gövdəsi ixrac edir

Türkiyə İlə Cənubi Koreya arasında hərbi helikopter hissələrinin tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” “C4 Defence”ə istinadən məlumat verib.

Müqaviləyə əsasən Cənubi Koreyanın KAI şirkətinin iki mühərrikli KUH-1 “Surion” adlı çoxməqsədli helikopterinin orta gövdəsini Türkiyənin “Coşkunöz” şirkəti istehsal edir.

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varan “Coşkunöz” şirkətinin aviasiya müəssisəsində olaraq helikopter gövdəsinin istehsalı ilə yaxından maraqlanıb.

Bildirilib ki, “Coşkunöz” helikopterin orta gövdəsinin ilk partiyasını 2017-ci ildə sifarişçiyə çatdırıb. Müqavilə çərçivəsində 10 il ərzində 60 ədəd helikopterin orta gövdəsinin istehsalı planlaşdırılıb.

Qeyd edək ki, KAI şirkəti KUH-1 helikopter ailəsinin dəniz patrulu, axtarış-xilasetmə və hücum versiyalarını hazırlayır.

KATEQORIYA:
Bu xəbəri paylaş