
Türkiyə F-16 döyüş təyyarələrini təkmilləşdirir
Türkiyə Ordusunun silahlanmasında yer alan F-16 döyüş təyyarələri təkmilləşdirilir.
Bu barədə Azeri Defence saytı Türkiyə Müdafiə Sənayesi Komitəsinə (SSB) istinadən məlumat verib.
SSB-nin həyata keçirdiyi layihə çərçivəsində TUSAŞ şirkəti tərəfindən təkmilləşdirlən ilk F-16 Blok-30 təyyarəsi Hərbi Hava Qüvvələrinə təhvil verilib.
HHQ-nin pilotları tərəfindən test uçuşları keçirilən təkmilləşdirilmiş F-16 Blok-30 təyyarəsinin qəbul prosesi uğurla başa çatıb.
Təkmilləşdirmə nəticəsində F-16 təyyarələrinin istismar müddətinin 8000 saatdan 12000 saata qədər artırılması planlaşdırırlır. Layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin aviasiya parkında yer alan 35 ədəd F-16 Blok-30 döyüş təyyarəsinin təkmilləşdirilməsi nəzərdə tutulub.
KATEQORIYA: Xəbərlər