Türkiyə Gürcüstan Ordusuna hərbi-texniki yardım göndərib

Türkiyə Gürcüstan Ordusuna hərbi-texniki yardım göndərib

Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Gürcüstan Müdafiə Qüvvələrinə hərbi-texniki yardım proqramı çərçivəsində texnikalar verilib.

Bu barədə “Azeri Defence” Gürcüstanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Hərbi-mühəndislik və logistika istiqamətlərini inkişaf etdirmək üçün Gürcüstan Müdafiə Qüvvələrinə 12 ədəd çoxfunksiyalı zirehli ekskavator və 35 ədəd “BMC Neocity” markalı avtobus bağışlanıb.

Avadanlıqların alınması “Gürcüstan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Hərbi Maliyyə Əməkdaşlığı Müqaviləsi” çərçivəsində Türkiyə Respublikası tərəfindən ayrılan vəsait hesabına Türkiyənin “Hidromek” və BMC şirkətlərindən alınıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş