Türkiyə hərbçiləri Qarabağda minatəmizləmə əməliyyatlarına başlayıb
Türkiyə Azərbaycanda mina və partlamamış hərbi sursatların zərərsizlədirilməsi əməliyyatlarına başlayıb.
“Azeri Defence”nin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün sosial media hesabında bəyan edib.
“Quru Qoşunlarının mina və əldəqayırma partlaycı qurğuların təmizlənləməsi ilə məşğul olan METİ və PMKİ qrupları Ermənistanın işğalından azad edilən bölgələrdə qardaş Azərbaycan Ordusuna dəstək verməyə başladı. METİ və PMKİ qruplarımız həm mina və əldəqayırma partlayıcı qurğuların təmizlənməsini həyata keçirəcək, həm də Azərbaycan bölmələrinə təlimlər keçəcək”, – deyə məlumatda bildirilir.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet