Türkiyə HHQ-nin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təlimində – VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimləri davam edir.

Azeri Defence saytının Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 döyüş təyyarələri “TurAz Qartalı-2020” təlimində müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Bildirilib ki, taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş