Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın ərazi bütövlüyünün tamin edilməsi müzakirə olunub

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın ərazi bütövlüyünün tamin edilməsi müzakirə olunub

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) növbəti toplantısı keçirilib.

“Azeri Defence”nin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən verdiyi məlumata görə, toplantıda gündəlikdə duran mühüm məsələlər müzakirə edilib.

Toplantıdan sonra yayılan yazılı açıqlamada bildirilib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsindən məmnunluq ifadə edilib. Baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub.

Bu çərçivədə imzalanan atəşkəs razılaşmasının həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tamin edilməsi, Cənubi Qafqazda daimi sülh və sabitliyin qurulmasında Türkiyənin rolunun əhəmiyyəti vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş