Türkiyə Müdafiə Naziri: “Azərbaycanlı qardaşlarımızın haqlarının qorunması üçün nə lazımdırsa edirik”

Türkiyə Müdafiə Naziri: “Azərbaycanlı qardaşlarımızın haqlarının qorunması üçün nə lazımdırsa edirik”

Azərbaycanlı qardaşlarımızın haqlarının və mənafelərinin qorunması üçün nə lazımdırsa etdik və edirik.

“Azeri Defence” saytının Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlmata görə, bunu TUSAŞ şirkətinə ziyarəti zamanı Milli Müdafiə naziri Hulusi Akar deyib.

Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərini uğurla geri aldığını söyləyən Hulusi Akar Qarabağla bağlı imzalanan müqaviləyə əsasən “Rusiya ilə danışıqlarımız davam edir. Azərbaycanlı qardaşlarımızın bütün haqlarının və mənafelərinin qorunması üçün nə lazımdırsa etdik və edirik” deyib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş