Türkiyə Müdafiə Nazirliyi Azərbaycan FHN-ə xüsusi təlim keçən minaaxtaran itlər verib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan FHN-ə xüsusi təlim keçən minaaxtaran itlər verib

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçən minaaxtaran it hədiyyə edilib.

Bu barədə “Poliqon”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

FHN-in kinoloqlarının həmin itlərin Azərbaycana gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş