Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Azeri Defence saytının məlumatına görə, Milli Müdafiə Nazirliyinin sosial media hesabında paylaşılan təbrikdə deyilir:

“Qardaşımız, əzizimiz, Azərbaycanımız. Müstəqillik gününüz mübarək.

Dağlıq Qarabağı erməni işğalından qurtarmaq üçün apardığınız əməliyyatda qardaşlarınız kimi sizinləyik və həmişə sizinlə olacağıq.

Tək Millət – İki Dövlət olaraq sonsuza qədər qalacağıq!

Canım, gözüm, Azərbaycan!

İnanırıq ki, gələn il Azərbaycanın Müstəqillik Gününü zəfər alqışları və sevincli qeyd edəcəksiniz”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş