Türkiyə Müdafiə Nazirliyi: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir”

Türkiyə Müdafiə Nazirliyi: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir”

Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuata günün açıqlamasında Azərbaycan və Ermənistan hadisələrindən bəhs edilib.

Bu barədə Azeri Defence saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirib ki, Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistan iyulun 12-də və sentyabrın 21-də Tovuz istiqamətindəki hücumlarının ardından bütün dünyanın gözü qarşısında atəşkəsi pozaraq Azərbaycanın mövqelərini və yaşayış məskənlərini ağır silahlarla davamlı atəşə tutub.

“Uşaq, qadın və yaşlı demədən Xocalıda qətliam həyata keçirən Ermənistan 30 il əvvəl necə idisə, bu gün də eyni şəkildə bölgədə sülhə və sabitliyin təmin olunmasına əngəl olmaqda davam edir.

Beynəlxalq hüququn açıq şəkildə pozulması və mülki əhalinin itkilərinə yol açan erməni hücumlarını şiddətlə qınayırıq. Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu əsgərləri və terrorçuları geri göndərməli, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməlidir. Günahsız mülki əhalinin hədəf alan erməni terrorçuları ilə əməkdaşlıq edən PKK-YPG terroristlər dərhal bölgəni tərk etməlidir. Əks halda, hər zaman olduğu kimi yenə də məyusluğa düçar olacaqlar”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

Bildirilib ki, Ermənistan özünə qarşı türk təyyarələri, pilotsuz və silahlı pilotsuz uçuş aparatlar ilə (İHA/SİHA) hücum edildiyinə dair heç bir sübuta əsaslanmayan mənasız iddialar irəli sürür: “Bu iddiaları öz himayədarlarından başqa heç kim tərəfindən ciddi qəbul edilməyib. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri öz gücü ilə zəfər qazanacaq imkana və qabiliyyətə, işğal altındakı öz torpaqlarını qurtaracaq əzm və qərarlılığa sahib olduğunu ötən günlər bütün dünyaya göstərib.

Bütün imkanlarımızla xalqını və torpağının bütövlüyünü qorumaq üçün qanuni müdafiə haqqından istifadə edən, özü öz doğma torpağını geri qaytarmaq mücadiləsi göstərən Azərbaycan qardaşlarımızın bundan öncə olduğu kimi bundan sonra da yanında olacağımızı təkrar olaraq vurğulamaq istəyirik.

Ermənistan hücumlarında şəhid olan Azərbaycan qardaşlarımıza Allahdan rəhmət, bütün Azərbaycan xalqına başsağlığı diləyirik”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş