Türkiyə Müdafiə Nazirliyi: Ermənistan terrorçu və muzdluları geri qaytarmalı, hücumlarına son qoymalıdır

Türkiyə Müdafiə Nazirliyi: Ermənistan terrorçu və muzdluları geri qaytarmalı, hücumlarına son qoymalıdır

Ermənistan sentyabrın 27-də başlatdığı qeyri-insani hücumları oktyabrın 10-u və 18-də elan olunan atəşkəslərə baxmayaraq, beynəlxalq hüquqa zidd olaraq mülki və yaşayış məntəqələrini birbaşa hədəf almaqda davam edir.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.

“Bu hücumlarda bu günə qədər 85 nəfər Azərbaycan vətəndaşı həyatını itirib, 385 nəfər yaralanıb.

Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistan terrorçu və muzdluları geri qaytarmalı, hücumlarına və Azərbaycan ərazilərindəki haqsız işğala son qoymalıdır.

Azərbaycanlı qardaşlarımızın haqlı davasında bundan əvvəl olduğu kimi, bundan sonra da yanlarında olacağıq. Doğma torpaqlarını erməni işğalından xilas edərkən şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, – deyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş