Türkiyə Müdafiə Nazirliyi: İşğal olunmuş torpaqların Azərbaycana qaytarılması prosesində heç bir güzəştə yol verməyəcəyik

Türkiyə Müdafiə Nazirliyi: İşğal olunmuş torpaqların Azərbaycana qaytarılması prosesində heç bir güzəştə yol verməyəcəyik

Dağlıq Qarabağda noyabrın 10-da gecə yarısından başlayan əldə edilən atəşkəs razılaşması ilə Ermənistan işğalına son qoyulub, Azərbaycan öz torpaqlarının ərazi bütövlüyünə nail olub.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuata açıqlamasında bildirilib.

“İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılması, bölgədə sülh və sabitliyin bərpası prosesini çox yaxından izləyəcəyik, heç bir güzəştə yol verməyəcəyik.

Ehtiyac olacağı halda heç tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi göstərəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın savaşı bizim savaşımız, sevinci sevincimiz, kədəri kədərimizdir”, – deyə Milli Müdafiə Nazirliyi bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş