Türkiyə Müdafiə Nazirliyi Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib

Türkiyə Müdafiə Nazirliyi Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

Azeri Defence”nin məlumatına görə, Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabındakı paylaşımda deyilib:

“Qəhrəman Azərbaycan Ordusu Qarabağdakı əldə etdiyi böyük zəfərdən sonra əldə olunan razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş