Türkiyə Müdafiə Nazirliyi: “Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq”

Türkiyə Müdafiə Nazirliyi: “Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq”

Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və memorandum imzalanıb.

“Azeri Defence”nin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter” hesabında bildirib.

“Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər aparılır”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilib.

Memorandumu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar və Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu videoformatda imzalayıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş