Türkiyə Ordusu ASELSAN şirkətinin yeni rabitə vasitələrini əldə edib

Türkiyə Ordusu ASELSAN şirkətinin yeni rabitə vasitələrini əldə edib

ASELSAN şirkəti EHKET (Elektronik Harp Korumalı El Telsizi) adlı yeni əl radiostansiyalarının Türkiyə Silahlı Qüvələri üçün tədarükünə başlayıb.

Bu barədə “AzeriDefence” ASELSAN şirkətinə istinadən məlumat verib.

Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir bildirib ki, yeni EHKET rabitə vasitələri Türkiyə Silahlı Qüvələrinə tədarük edilib. Komitə sədri EHKET rabitə vasitələrinin xarici ölkəyə ixracına da başlanıldığını bəyan edib.

İsmail Dəmirin sözlərinə görə, SSB ilə ASELSAN arasında imzalanan müqavilə çərçivəsində quru, dəniz və hava qüvvələrinin taktiki və strateji rabitə ehtiyacları milli imkanlar hesabına hazırlanan proqram təminatlı rabitə vasitələri ilə qarşılanır.

“Kürəkdə daşınan, nəqliyyat vasitəsi və sabit mərkəz konfiqurasiyasından ibarət olan rabitə vasitələrinə yeni əl radiostansiyası da əlavə olundu. Ən çətin şəraitdə səs-internet-video rabitə ehtiyaclarını qarşılaya bilən kiçik, yüngül, geniş diapazonlu və çox funksiyalı EHKET taktiki əl rabitə vasitəsi ən çətin şəraitlərdə istifadəyə uyğunlaşdırılıb”, – deyə İsmail Dəmir vurğulayıb.

Yüksək sürətli internet, səs-internet-video xəbərləşməni təmin edən EHKET radiostansiyası radioelektron mübarizə sistemlərindən qorunur. Şifrəli danışığı təmin edən radiostansiya yüksək görüntülü daxili kameraya, maqneziumdan hazırlanmış korpusa, o cümlədən dünyadakı analoqları ilə müqayisədə yüngül çəki, kiçik qabarit və qiymət üstünlüyünə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş