Türkiyə ötən il Azərbaycana 1560 ədəd tapança ixrac edib

Türkiyə ötən il Azərbaycana 1560 ədəd tapança ixrac edib

Türkiyə 2019-cu ildə Azərbaycana 1560 ədəd tapança ixrac edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Hökumətinin silah ixracına dair BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.

Tapançaların hansı şirkət tərəfindən ixrac edildiyi və modeli açıqlanmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi Türkiyənin TİSAŞ şirkəti ilə birlikdə 4 tapança modelinin yerli müəssisədə istehsalını həyata keçirir.

Hesabatda 2019-cu ildə Türkiyə şirkətləri tərəfindən 30 dövlətə 79640 ədəd tapança ixrac olunub. Türkiyənin ixracında birinci yerdə  45821 ədəd satışla ABŞ, ikinci yerdə isə 23429 ədəd tapança ilə Filippin dayanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş