Türkiyə Prezidenti: “Azərbaycanla müdafiə sənayesi sahəsindən təhlükəsizliyə qədər çox geniş əməkdaşlığımız var”

Türkiyə Prezidenti: “Azərbaycanla müdafiə sənayesi sahəsindən təhlükəsizliyə qədər çox geniş əməkdaşlığımız var”

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsindən təhlükəsizliyə, terrorla mübarizəyə qədər və digər sahələrdə çox geniş əməkdaşlıq mövcuddur.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələrkən Ankarada hava limanında keçirdiyi brifinqdə deyib.

Ərdoğan bildirib ki, Azərbaycanın qazandığı qələbə bütün bu ikitərəfli münasibətlərin və əməkdaşlığın daha da irəliləməsi üçün zəmin yaradıb.

“Bütün sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yollarını müzakirə edərək gələcəyin əsasını təşkil edəcək qiymətləndirmələr də edəcəyik”, – deyə Türkiyə Prezidenti bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş