Türkiyə Prezidenti: “Bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir”

Türkiyə Prezidenti: “Bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir”

“Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən həyata keçirilən hücumları, şiddətlə qınadığımızı bildirmək istəyirəm”.

“AzeriDefence”nin “Anadolu Ajansı”na istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə Prezidenti bildirib ki, bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir: “Məqsəd həm Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq, həm də yeni toqquşma sahələri meydana çıxarmaqdır.

Öz torpaqlarında bir çox problemi həll edə bilməyən bir ölkənin belə bir təcavüzə girməsi ilk növbədə öz xalqına hörmətsizlikdir”.

Prezident Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağın işğalından bəri davam edən gərginliyin Ermənistanın ehtiyatsız və sistematik hücumları ilə qarşıdurmaya çevrilməsindən narahat olduqlarını bəyan edib.

“Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına edilən hər cür hücumların qarşısında dayanmaqda heç vaxt tərəddüd etməyəcək”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş