Türkiyə Prezidenti: “Qafqaz mücadiləsi zamanında olduğu kimi Azərbaycanın yanında olacağıq”

Türkiyə Prezidenti: “Qafqaz mücadiləsi zamanında olduğu kimi Azərbaycanın yanında olacağıq”

“Ermənistan işğalçıdır. Ermənistanın işğalı on illərə dayanır. Dağlıq Qarabağ işğal altındadır. Qardaş Azərbaycanı qətiyyən tək qoymarıq. Minsk qrupu 25-30 ilə yaxındır ki, bu işi masanın üstündə saxlayıb, həll edə bilməyib”.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Türkiyə Prezidenti Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi nəticəsində yaranan gərgin hərbi vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib ki, işin bu səviyyəyə gələcəyi məlum idi.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Ermənistan mütəmadi olaraq Azərbaycanda mülki əhalinin yaşadığı bölgələri atəş altında saxlayır, onlara hücumlar edir: “Hücumlar nəticəsində Azərbaycan öz üzərinə düşən addımları atır. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacaq, sonuna qədər də dəstəkləyəcəyik. Cənab İlham Əliyevlə danışıqlar aparırıq. Ötən gün Azərbaycandan bir nümayəndə heyətini Türkiyəyə göndəriblər. Müdafiə naziri və güc komandanlarımızla ətraflı danışıqlar aparılıb. Mən də onlarla telefonla danışmışam”.

“Qafqaz mücadiləsi zamanında olduğu kimi, bundan sonra da Azərbaycanın, azərbaycanlı qardaşlarımızın yanında olacağıq”, – deyə Türkiyə Prezidenti bəyan edib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş