Türkiyə Prezidenti: Qarabağ münaqişəsində haqq öz yerini tutdu

Türkiyə Prezidenti: Qarabağ münaqişəsində haqq öz yerini tutdu

Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır.

“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib.

Ərdoğan bildirib ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır: “Dağlıq Qarabağda 30 illik bir ədalətsizliyin başa çatmasına dəstək verdik. Dünənə qədər ortada görünməyən, açıq-aydın ermənilərə dəstək verən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, bəzi ölkələrin atəşkəs razılaşması ilə bağlı dediklərinin heç bir əhəmiyyəti yoxdur”.

Türkiyənin Prezidenti qeyd edib ki, 30 illik gecikmə ilə də olsa, Qarabağ münaqişəsində haqq öz yerini tutdu.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş