Türkiyə Prezidenti sabah Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti sabah Azərbaycana səfər edəcək

Prezident İlham Əliyevin dəvəti ilə sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Azeri Defence saytının “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Habelə aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq.

Səfər zamanı ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş