Türkiyə Rusiya ilə S-400 ZRK-lərin birgə istehsalını müzakirə edir

Türkiyə Rusiya ilə S-400 ZRK-lərin birgə istehsalını müzakirə edir

Türkiyə və Rusiya arasında S-400 “Triumf” zenit-raket kompleksləri (ZRK) ilə bağlı işlər davam edir.

“AzeriDefence”nin “Savunmasanayi.org”a istinadən verdiyi xəbərə görə, bunu NTV televiziya kanalına açıqlamasında Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sədri İsmail Dəmir deyib.

İ. Dəmir S-400 ZRK-lərin birgə istehsalı və texnologiya transferi üçün Rusiya ilə görüşmələrin aparıldığını bəyan edib: “İkinci mərhələ üçün ortaq istehsal və texnologiya məsələlərini də müzakirə edirik. Tərəflərin bu məsələdə razılığa gəlmələri çox vacibdir. Bu müddətdə əldə etdiyimiz nailiyyətlər budur”.

İ. Dəmir onu da əlavə edib ki, ABŞ-ın “Raytheon” şirkətinin istehsalı olan “Patriot” zenit-raket kompleksləri ilə bağlı bəzi müzakirələr olub, lakin istənilən nəticə əldə edilməyib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş