Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək

Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək

Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşəcək.

“Azeri Defence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü zamanı deyib.

“Artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik: “Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır”, – deyə dövlət başçısı vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş