Türkiyə Silahlı Qüvvələri “Xızır” zirehli maşının növbəti partiyasını təhvil alıb

Türkiyə Silahlı Qüvvələri “Xızır” zirehli maşının növbəti partiyasını təhvil alıb

Türkiyənin “Katmerciler” şirkəti tərəfində istehsal edilən “Xızır” zirehli maşının şassisi üzərinə inteqrasiya edilən “Atəş” mobil sərhəd təhlükəsizlik kompleksinin 10 ədəddən ibarət son partiyası Silahlı Qüvələrə təhvil verilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.

Bununla Yunanıstan və Bolqarıstan sərhədlərində xidmət edən sərhəd təhlükəsizlik konfiqurasiyalı “Xızır” zirehli maşınlarının sayı 57-ə çatıb. İlk partiya çərçivəsində 20 ədəd maşın 2019-cu ilin aprelində, ikinci partiyada 27 maşın həmin ilin dekabrında Silahlı Qüvvələrə tədarük edilib.

“Atəş” kompleksi ASELSAN istehsalı olan “Acar” müşahidə radarı, “Şahingözü-OD” elektrooptik sensor sistemi, 9661 V/UHF rabitə sistemi və “Seda” atış yerini təsbit sistemi ilə dəstləşdirilib.

Qeyd edək ki, “Xızır” zirehli maşının sərhəd təhlükəsizliyi ilə yanaşı komanda nəzarət, KBRN, silah daşıyıcı, ambulans və kəşfiyyat konfiqurasiyalarının hazırlanması mümkündür. V dizaynlı gövdəyə malik “Xızır”ın yanlarda 2, arxada bir qapısı var. Maşından atışların həyata keçirilməsi üçün hər iki yanda 4, arxada isə bir mazğal mövcuddur.

6 silindir 298 kW gücündə 400 BG dizel mühərriklə təchiz olunmuş maşının gediş ehtiyatı 700 km, maksımum sürəti 110 km/saatdır. Maşının döyüş ağırlığı 16 tondur.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş