Türkiyə şirkəti bioloji mübarizə robotu hazırlayıb

Türkiyə şirkəti bioloji mübarizə robotu hazırlayıb

Türkiyənin “Elektroland Defence” şirkəti Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə birlikdə yeni koronavirus (COVİD-19) ilə mübarizə aparmaq üçün robot hazırlayıb.

Bu barədə “AzeriDefence”ə “Elektroland Defence” şirkətindən məlumat verilib.

Bioloji mübarizə robotu Türkiyə Silahlı Qüvvələrində istifadə olunan TMR-II çətin bomba zərərsizləşdirmə robotu üzərində hazırlanıb.

Bioloji mübarizə robotu qapalı ərazilərin dezinfeksiya edilməsi üçün avtonom rejimdə 8 saat fasiləsiz işləyə bilir.

Beş litrlik dezinfeksiyaedici tank və ultrabənövşəyi işıq sistemi ilə təchiz edilən robot dezinfeksiya edilməsi lazım olan bölgələrdə insan əməyini minimuma endirir. Robot rampa və pilləkənləri olan məkanlarda da rahatlıqla hərəkət imkanlarına malikdir.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş