Türkiyə şirkəti dünyanın ən sürətli hərbi katerini layihələndirir

Türkiyə şirkəti dünyanın ən sürətli hərbi katerini layihələndirir

Türkiyənin “Yonca Onuk” tərsanəsi Oman Dəniz Qüvvələri ilə dünyanın ən sürətli katerinin inşasına dair müakirələr aparır.

“AzeriDefence”nin məlumatına görə, bunu “savunmasanayi.org” saytına müsahibəsində “Yonca-Onuk” tərsanəsinin İdarə Heyətinin sədr müavini dr. Əkbər Onuk bildirib.

“Hazırda Omanla bir layihəni müzakirə edirik. Hələ ki, bir sənəd imzalanmayıb, amma ola biləcək görünür. Bu da 26 metrlik 90 uzl (170 km/saat) sürətə malik bir platformadır. İndiyədək dünyada belə bir kateri istehsal etmək barədə kimsə düşünməyib. Amma biz konfiqurasiyanı hazırladıq. Hazırda hesablamaları aparırıq”, – deyə Əkbər Onuk qeyd edib.

Qeyd edək ki, hazırda “Yonca-Onuk” tərsanəsi Oman Sahil Təhlükəsizlik Təşkilatı üçün iki ədəd 18 metr uzunluğunda və 80 uzla yaxın sürətə sahib itisürətli katerin inşasını həyata keçirir.

Dr. Əkbər Onuk

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş