Türkiyə şirkətləri 2019-cu ildə 7 ölkəyə 259 zirehli maşın ixrac edib

Türkiyə şirkətləri 2019-cu ildə 7 ölkəyə 259 zirehli maşın ixrac edib

Türkiyənin zirehli texnika istehsalçıları tərəfindən 2019-cu ildə 259 ədəd zirehli nəqliyyat vasitəsi ixrac olunub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Hökumətinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilib.

Zirehli nəqliyyat vasitələri 7 ölkəyə ixrac olunub.

Hesabat dövründə Bəhreynə 50 ədəd (güman edilir ixracatçı “Otokar” şirkətidir), Qanaya 14 ədəd (Nurol Makina), Malayziyaya 3 ədəd (FNSS), Omana 58 ədəd (FNSS), Qətərə 51 ədəd (Nurol Makina), Birləşmiş Ərəb Əmirliklərinə 55 ədəd (“Otokar” və FNSS), Özbəkistana 20 ədəd (Nurol Makina) ədəd zirehli nəqliyyat vasitəsinin satışı həyata keçirilib.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə 11 ölkəyə 309 ədəd zirehli nəqliyyat vasitəsi ixrac etmişdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş