Türkiyə təhlükəsizlik qüvvələri “Kargu” kamikadze dronlarının yeni partiyasını alır

Türkiyə təhlükəsizlik qüvvələri “Kargu” kamikadze dronlarının yeni partiyasını alır

Türkiyənin Müdafiə Sənayesi Komitəsi (SSB) ilə “STM Savunma Tenolojileri ve Ticaret A.Ş” şirkəti arasında təhlükəsizlik qüvvələri üçün “Kargu” kamikadze dronların tədarükünə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosil media hesabında bildirib.

Müqavilə çərçivəsində təhlükəsizlik qüvvələrinə 356 ədəd “Kargu-2” kamikadze dron tədarük olunacaq. “Kargu-2” dronu STM-in “Kargu” dronunun uçuş müddəti, uçuş tavanı və avtonomluğu artırılmış, səs səviyyəsi azaldılmış, müasir hədəf aşkarlama və izləmə alqoritminə sahib versiyasıdır. PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

Bu günədək STM tərəfindən təhlükəsizlik qurumlarına və xüsusi təyinatlılara 115 ədəd “Kargu” tədarük edilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş