Türkiyə təhlükəsizlik qüvvələri “Sonqar” silahlı dronunu seçdi

Türkiyə təhlükəsizlik qüvvələri “Sonqar” silahlı dronunu seçdi

Türkiyənin Müdafiə Sənaye Komitəsi (SSB) “Asis A.Ş.” şirkəti ilə təhlükəsizlik qüvvələri üçün silahlı dron tədarükünə dair müqavilə imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənaye Komitəsi məlumat yayıb.

Müqavilə çərçivəsində təhlükəsizlik qüvvələrinə 5.56 mm çaplı pulemyotla silahlandırılmış 8 ədəd “Sonqar” silahlı dronu tədarük olunacaq. “Sonqar”ın xəzinəsi 200 patron tutumuna malikdur.

Dron silahla yanaşı lazer məsafəölçən, balistik hesablayıcı və nişangaha sahibdir.

10 km uçuş radiusuna malik “Sonqar” üçün “Asis A.Ş.” şirkəti tərəfindən patentləşdirilmiş xüsusi silah stabilləşdirici yaradılıb.

“Sonqar”ın çəkisi tam təchizatlı halda 25 kiloqramdır. Bu yüklə uçuş aparatı havada ən azı 20 dəqiqə qalır və 2800 metr yüksəkliyə qalxa bilir. IP 67 standardına uyğun dizayn edilmiş dronun digər bir özəlliyi isə atışın nəticələrini qeydə almasıdır.

Qeyd edək ki, son testlərdə pulemyot və qumbaraatanla silahlandırılmış “Sonqar” dronu “Asis A.Ş.” şirkətinin istehsal etdiyi “Salqur” adlı mikro dron sürüsü ilə (6 drondan ibarət) birlikdə sınaqdan keçirilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş