Türkiyə TJ300 turboreaktiv raket mühərriyini sınaqdan çıxarıb

Türkiyə TJ300 turboreaktiv raket mühərriyini sınaqdan çıxarıb

TUSAŞ Motor Sanayi (TEI) şirkəti tərəfindən TÜBİTAK-ın dəstəyi ilə hazırlanmış TJ300 orta mənzilli yerli raket mühərriyinin ilk sınağı keçirilib.

Bu barədə “Azeri Defence”ə TEI-dən məlumat verilib.

Mühərriyin işə salınması və tanıtım mərasiminə Türkiyənin Texnologiyalar naziri Mustafa Varank da qatılıb.

TEI şirkətinin baş direktoru Mahmud Akşit bildirib ki, TJ300 mühərriyi Türkiyənin gəmi əleyhinə raketində istifadə olunacaq.

“Dar bir çapda 1300 newton itələmə qabiliyyətinə sahibdir. Bu, öz sinfində çox böyük gücdür. Bunu özəl olaraq ROKETSAN üçün hazırladıq”, – deyə şirkət rəhbəri deyib.

TEI-TJ300 turboreaktiv mühərrik 750 km/saat sürət əldə etməyə imkan verir. Tamamilə yerli və milli imkanlar hesabına dizayn edilərək istehsal edilən mühərriyin çəkisi 30 kq-dan azdır.

Mahmud Akşit onu da qeyd edib ki, layihə çərçivəsində ikinci prototip mühərrik də istehsal edilib. Bu il ərzində 5 ədəd TJ300 mühərriyinin istehsalı planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş