Türkiyə Top 100-ə daxil olan şirkət sayına görə 4-cü yerdədir

Türkiyə Top 100-ə daxil olan şirkət sayına görə 4-cü yerdədir

ABŞ-da yerləşən “Defence News” jurnalı dünyada ən çox dövriyyəsi olan müdafiə sənayesi şirkətlərinin siyahısını açıqlayıb.

Azeri Defence saytının Türkiyənin Müdafiə Sənayesi Komitəsinə (SSB) istindən verdiyi məlumata görə, dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısında Türkiyədən 7 şirkət – ASELSAN, TEI, BMC, ROKETSAN, STM, FNSS və HAVELSAN yer alıb.

“Defense News Top 100”də ASELSAN ilk 50-liyə yüksəlib, FNSS və HAVELSAN da ilk dəfə siyahıya daxil olub. ASELSAN ötən ilin siyahısı ilə müqayisədə 4 pillə yüksələrək 52-ci sıradan 48-ci, TUSAŞ 69-cu sıradan 16 pillə yüksələrək 53-cü olub.

Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısında BMC 89-cu, ROKETSAN 91-ci, STM isə 92-ci sırada yer alıb. Siyahıya bu il FNSS 98-ci sıradan, HAVELSAN isə 99-cu sıradan girib.

Siyahıda Türkiyə şirkət sayına görə ABŞ, İngiltərə və Çində sonra 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, “Defense News” jurnalı tərəfindən dərc edilən “Defense News Top 100” siyahısında hər il bir əvvəlki ilin müdafiə məhsullarının satışları əsas götürülür.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş