
Türkiyə üçün istehsal edilən F-35A təyyarələrini ABŞ Ordusu alıb
“Lockheed Martin”in şirkətinin Türkiyə Silahlı Qüvvələri üçün istehsal etdiyi 8 ədəd F-35A “Lightning II” döyüş təyyarəsi ABŞ Hava Qüvvələrinə çatdırılıb.
“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sosial media hesabında bildirilib.
862 milyon dolar təşkil edən müqavilə çərçivəsində tədarük edilən 8 ədəd “F-35A Lightning II” təyyarəsi Türkiyənin F-35 proqramından çıxarılmasından sonra həyata keçirilib.
Müqaviləyə əsasən daha 6 ədəd “F-35A Lightning II” döyüş təyyarəsinin ABŞ Hava Qüvvələrinə çatdırılması planlaşdırılıb.
KATEQORIYA: Xəbərlər