Türkiyə UKAP döyüş robotunun seriyalı istehsalına başlayır

Türkiyə UKAP döyüş robotunun seriyalı istehsalına başlayır

Türkiyənin “Katmerciler” və ASELSAN şirkətləri arasında Orta Sinif 2-ci səviyyə insansız yerüstü platformanın (O-İKA 2) seriyalı istehsalına dair  620790 dollar ve 2 764 021,68 TL dəyrində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”ə “Katmerciler” şirkətindən məlumat verilib.

Müqaviləyə əsasən “Katmerciler” şirkətinin hazırladığı məsafədən idarə olunan yerüstü platformanın (UKAP) seriyalı istehsalı həyata keçirləcək. Müqavilə çərçivəsində istehsal ediləcək UKAP platformlarının 2021-ci ildən etibarən sifarişçiyə çatdılımasına başlanılacaq.

Enerji sistemi elektrikli və ya hibrid ola bilən UKAP, modulyar platforma olaraq fərqlənir. Baza versiyası döyüş platforması olaraq hazırlanan robot ehtiyaclara görə, fərqli konfiqurasiya edilə bilər. Əsas platformanın üzərində ASELSAN şirkətinin istehsalı olan, məsafədən idarə edilən “Sarp” döyüş modulu və peyk-idarəetmə sistemi var. Əməliyyat müddətində UKAP, batareya ilə minimum 5 saata qədər işləyə bilir. Bu müddət genaratorlarla 8 saata qədər artırıla bilir. Platformanın sürəti 25 km/saat təşkil edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş