Türkiyə və Rusiya Prezidentləri arasında Dağlıq Qarabağ məsələsi müzakirə edilib

Türkiyə və Rusiya Prezidentləri arasında Dağlıq Qarabağ məsələsi müzakirə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AzeriDefence saytının məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyada baş verən hadisələr müzakirə edilib.

Danışıq əsnasında Prezident Ərdoğan Dağlıq Qarabağdakı problemin həlli və bölgəyə qalıcı sülhün gətirilməsi istiqamətində atılan addımlar çərçivəsində müşahidə və nəzarət məqsədilə Türkiyənin Rusiya ilə birlikdə quracağı ortaq mərkəzin ən qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini ifadə edib.

Azərbaycan torpaqlarının tamamilə geri qaytarılmasına həssaslıqla yanaşdığını bildirən Türkiyə Prezidenti bu müddət ərzində Ermənistan tərəfinə qalıcı həlli çətinləşdirməsinə və razılaşma ilə bağlı məsuliyyətlərindən qaçmasına icazə verilməməli olduğunu vurğulayıb. O, Minsk qrupunun digər həmsədrlərinin barışıq səylərinə tənqidi yanaşmalarını anlamağın mümkün olmadığını bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş