
Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna Müdafiə nazirinin müavini Aleksandr Myroniuk ilə görüşüb.
Bu barədə Azeri Defence saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin Milli Müdafiə nazirinin müavini Muhsin Dere də iştirak edib.
KATEQORIYA: Xəbərlər