Türkiyə VTOL tipli hibrid PUA istehsal edir

Türkiyə VTOL tipli hibrid PUA istehsal edir

Türkiyənin “Coşkunöz” şirkəti “Çağatay-50” vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə malik PUA-nın istehsalını həyata keçirir.

“AzeriDefence” “C4 Defence”ə istinadən xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varan “Coşkunöz” şirkətini ziyarət edərək “Çağatay-50” PUA-nın istehsalı ilə yaxından maraqlanıb.

Bildirilib ki, şəbəkə mərkəzli “Çağatay-50” PUA döyüş şəraitinə uyğun olaraq hazırlanıb. Tapşırıqları bir antendən digərinə ötürərək PUA-ya hava limanından və ya qərargahdan 200 km məsafədən komanda verilə bilər.

5 kq faydalı yük daşımaq qabiliyyətinə malik olan “Çağatay-50” PUA 6 saat havada qala bilir. Hibrid PUA avtonom istifadə və üstün hərəkətlilik imkanlarına malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş