Türkiyə yeni döyüş pilotsuz uçuş aparatı hazırlayır

Türkiyə yeni döyüş pilotsuz uçuş aparatı hazırlayır

Türkiyənin “Baykar” şirkəti MİUS (Muharip İnsansız Uçak Sistemi) adlı yeni döyüş pilotsuz uçuş aparatının yaradılması üzərində işləyir.

“AzeriDefence”nin “C4 Defence”ə istinadən verdiyi məlumata görə, bunu “Baykar” şirkətinin baş texnologiya mütəxəssisi Selçuk Bayraktar deyib.

S.Bayraktar bildirib ki, “Baykar” şirkəti 2023-cü ilə qədər MİUS-un yaradılması üzərində işləyəcək. Turboreaktiv mühərriklə təchiz ediləcək PUA havada təxminən 5 saat qala biləcək.

Yaxın hava dəstəyi və strateji hücum əməliyyatları üçün nəzərdə tutulan MİUS bir ton faydalı yük daşıya biləcək. Yeni döyüş pilotsuz uçuş aparatını “5 Mach” sürətinə sahib olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş