Türkiyə yeni nəsil elektro-optik hədəfləmə sistemi hazırlayır

Türkiyə yeni nəsil elektro-optik hədəfləmə sistemi hazırlayır

Türkiyənin ASELSAN şirkəti tərəfindən yeni nəsil EO/IR elektro-optik hədəfləmə sisteminin yaradılmasına başlanılıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sosial media hesabında bildirilib.

Türkiyənin təhlükəsizlik qüvvələrinin ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulan elektro-optik hədəfləmə sisteminin hazırlanması ASELSAN və SSB-nin birgə layihəsi əsasında həyata keçiriləcək.

SSB və ASELSAN tərəfindən təhlükəsizilük qüvvələrinin iştirakı ilə keçirilən seminarda bildirilib ki, EO/IR hədəfləmə qının hazırlanması üçün artıq layihə işlərinə başlanılıb.

Qeyd edək ki, elektro-optik əsaslı sistemlər olan EO/IR hədəfləmə qınları aviasiya vasitələrinə hər cür hava şərtlərində gecə/gündüz dəqiq atış imkanı verir. Yüksək keyfiyyətli görüntüləmə sistemi hədəflərin təsbit və təqib edilməsini asanlaşdırır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş