Türkiyə yeni SARB-83 betondələn aviasiya bombasını sınaqdan keçirib

Türkiyə yeni SARB-83 betondələn aviasiya bombasını sınaqdan keçirib

Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan SARB-83 adlı betondələn aviasiya bombası sınaqdan keçirilib.

“AzeriDefence” xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varan özünün sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, yeni texnologiya əsasında hazırlanan SARB-83 betondələn döyüş sursatının sınaqları uğurla nəticələnib.

Məlumatda o da qeyd olunub ki, HABRAS infrastrukturu sayəsində gizli sursat layihələrini qısa müddətdə aşağı qiymətə sınaqdan keçirtmək mümkündür.

KATEQORIYA:
Bu xəbəri paylaş